“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Lənkəranda “Xöşbəxt ailələrdə vulqar ənənə riskləri (XAVƏR)” adlı yeni bir layihənin icrasına başlanıldı

2021-09-01

MAGİYA ictimai birliyi Lənkəranda “Xoşbəxt ailələrdə vulqar ənənə riskləri (XAVƏR)” adlı yeni bir layihəni həyata keçirməyə başlamışdır. Layihə 01 oktyabr – 31 dekabr 2021-ci il tarixlərini əhatə edəcəkdir. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məbləği 8000 manat təşkil edir. Layihənin məqsədi Azərbaycanda ailə dəyərlərinin, əxlaq və etika normalarının təbliği sahəsində gənclərin, xüsusən də, yeni ailə quran gənc ailələrin vulqar ənənə (sevən gənclərə və gənc ailələrə valideynlərin yersiz müdaxilələri, aktuallığını itirmiş adətlər, boşanmalara rəvac verən ənənələr) risklərindən qorunması istiqamətində onların ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etməkdən ibarətdir. Layihə çərçivəsində coğrafi və gender balans nəzərə alınmaqla, respublika üzrə 18-35 yaş arası 25 nəfər gənc və gənc ailə seçiləcək və onlar üçün ailə dəyərləri, əxlaq və etika normaları mövzusunda Lənkəranda 06-08 noyabr tarixlərində 3 günlük nəzəri-praktik konfrans (panel müzakirələr) təşkil olunacaqdır. Layihədə iştirak etmək istəyən gənclər 24 oktyabr 2021-ci il, Saat 24.00-adək təşkilata müvafiq ərizə ilə (https://docs.google.com/forms/d/e/1FAIpQLSenl_GNAs46NWc7bDv5Mt--32F0nBNqJPhVES4tYm1DtpBy4A/viewform?vc=0&c=0&w=1&flr=0) müraciət edə bilərlər.

Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur