“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Cənub bölgəsində yerli sakinlər üçün yeni bir layihə icra olundu

2020-10-24

MAGİYA ictimai birliyi tərəfindən cənub bölgəsində “COVİD-19 xəstəliyi ilə mübarizə zəmnində sağlam həyat tərzinin təbliği” adlı layihə icra olunmuşdur. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 7000 (yeddi min) manatlıq maliyyə dəstəyi ilə həyata keçirilmişdir. Layihənin məqsədi COVİD-19 xəstəliyi ilə mübarizə zəmnində ictimaiyyətin məlumatlandırılması, onların zəruri gigiyenik vasitələr və tibbi ləvazimatlarla təmin edilməsi və sağlamlıq baxımından əziyyət çəkən müvafiq aztəminatlı ailələrə ərzaq yardımı paketləri paylamaqla, cəmiyyətdə sağlam həyat tərzini geniş təbliğ etməkdən ibarət olmuşdur. Layihənin müddəti 3 ay olmaqla, 05 avqust – 05 noyabr 2020-ci il tarixlərini əhatə etmişdir. COVİD-19 pandemiyası ilə mübarizədə əhali arasında sağlam həyat tərzinin təbliğini özündə ehtiva edən layihə çərçivəsində Lənkəran, Cəlilabad, Masallı və Astara rayonlarının hər birində 3 nəfər 18-29 yaşarası könüllü gənc müəyyən edilmiş, onlar üçün pandemiya dövründə davranış qaydalarına dair təlimat hazırlanmış, aidiyyəti sahədə bukletlər də daxil olmaqla, həmin könüllülər zəruri gigiyenik vasitələr (dezinfeksiyaedici gel, spirt və s.) və tibbi ləvazimatlarla (maska, əlcək və s.) təmin olunmuşdur. Təlimatlandırılmış və zəruri materiallarla təchiz edilmiş gənclər tərəfindən Lənkəran, Cəlilabad, Masallı və Astara rayonlarındakı ictimai yerlərdə sakinlərə müvafiq bukletlər, müxtəlif gigiyenik vasitələr və tibbi ləvazimatlar paylanılmaqla, əhali arasında geniş maarifləndirmə və məlumatlandırma işləri aparılmışdır. Eyni zamanda sözügedən hər bir rayonda ictimai monitorinqlər aparılmaqla, sağlamlıq baxımından əziyyət çəkən 20 aztəminatlı ailə müəyyən edilmiş və onlara birbaşa zəruri ərzaq yardımı paketləri təqdim edilmişdir. Belə ki, 03 oktyabr 2020-cil il tarixində COVİD-19 xəstəliyi ilə mübarizə zəmnində Lənkəran şəhərinin Qala Xiyabanı küçəsi, Şirəli Axundov küçəsi və Həzi Aslanov Xiyabanı küçəsində yerli sakinlər arasında 1200 ədəd tibbi maska, 250 ədəd buklet və 50 ədəd dezinfeksiyaedici gel paylanılmaqla, əhali arasında geniş maarifləndirmə və məlumatlandırma işləri həyata keçirilmişdir. Bununla yanşı, şəhər və rayon (Vilvan kəndi, Təzə Digah kəndi) ərazisində yaşayan və sağlamlıq imkanları məhdud olan 5 aztəminatlı ailəyə də zəruri ərzaq yardımı paketləri təqdim edilmişdir. 10 oktyabr 2020-cil il tarixində isə COVİD-19 xəstəliyi ilə mübarizə zəmnində Masallı şəhərinin Heydər Əliyev prospekti və Bazar adlanan sahədə yerli sakinlər arasında 1200 ədəd tibbi maska, 250 ədəd buklet və 50 ədəd dezinfeksiyaedici spirt paylanılmaqla, əhali arasında geniş maarifləndirmə və məlumatlandırma işləri həyata keçirilmişdir. Bununla yanşı, şəhər və rayon (Ərkivan qəsəbəsi, Bədəlan kəndi, Qızılağac kəndi) ərazisində yaşayan və sağlamlıq imkanları məhdud olan 5 aztəminatlı ailəyə də zəruri ərzaq yardımı paketləri təqdim edilmişdir. 17 oktyabr 2020-cil il tarixində isə COVİD-19 xəstəliyi ilə mübarizə zəmnində Astara şəhərinin İstiqlaliyyət küçəsi və Bazar adlanan sahədə yerli sakinlər arasında 1200 ədəd tibbi maska, 250 ədəd buklet və 50 ədəd dezinfeksiyaedici spirt paylanılmaqla, əhali arasında geniş maarifləndirmə və məlumatlandırma işləri həyata keçirilmişdir. Bununla yanşı, rayon (Tüləgüvan, Ojakəran, Ağkörpü və Sım kəndləri) ərazisində yaşayan və sağlamlıq imkanları məhdud olan 5 aztəminatlı ailəyə də zəruri ərzaq yardımı paketləri təqdim edilmişdir. 24 oktyabr 2020-cil il tarixində isə COVİD-19 xəstəliyi ilə mübarizə zəmnində Cəlilabad şəhərinin Heydər Əliyev prospekti, Heydər Əliyev Seyrangahı və Heydər Əliyev Parkında yerli sakinlər arasında 1200 ədəd tibbi maska, 250 ədəd buklet və 50 ədəd dezinfeksiyaedici spirt paylanılmaqla, əhali arasında geniş maarifləndirmə və məlumatlandırma işləri həyata keçirilmişdir. Bununla yanşı, şəhər və rayon (Göytəpə şəhəri, Uzuntəpə kəndi) ərazisində yaşayan və sağlamlıq imkanları məhdud olan 5 aztəminatlı ailəyə də zəruri ərzaq yardımı paketləri təqdim edilmişdir. Sonda layihədə könüllü fəaliyyət göstərən ümumilikdə 12 nəfər gənc təşkilat tərəfindən xüsusi qısaqol köynəklərlə və müvafiq sertifikatlarla təltif olunmuşdur.

image
Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur