“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
MAGİYA ictimai birliyinin icraçı direktoru Nərmin Hüseynzadə “Gənc Liderlik Proqramı – Azərbaycan (GLP)”nın iştirakçısı kimi ABŞ-ın Arizona ştatında səfərdədir

2012-09-04

Sentyabr ayının 3-dən MAGİYA ictimai birliyinin icraçı direktoru Nərmin Hüseynzadə “Gənc Liderlik Proqramı – Azərbaycan (GLP)” üzrə icma lideri kimi ABŞ-ın Arizona Ştatında səfərdədir. Proqram Təhsil və Mədəniyyət Məsələləri üzrə Amerika Şurası tərəfindən həyata keçirilir. Qeyd edək ki, GLP qısamüddətli mədəni və təhsil xarakterli mübadilə proqramı olub əsas məqsədi amerikalı və azərbaycanlı tələbələr, pedaqoqlar, fərqli etnik, dini və sosial qruplara mənsub icmalar arasındakı münasibətləri genişləndirmək və iki ölkə arasındakı əlaqələri gücləndirməkdən ibarətdir. Proqram  çərçivəsində həyata keçirilən tədbirlər gənc iştirakçılarda vətəndaş cavabdehliyi hissi və icmaya xidmət həvəsi artıracaqdır. Proqram çərçivəsində icma təşkilatçılarından ibarət qrupun hazırlanması nəzərdə tutulur, hansı ki, həmin icma təşkilatçıları öz ölkələrində müştərək ictimai məqsədlər və maraqlara nail olmaq istiqamətində öz həmkarları ilə birlikdə çalışaraq öz bilik və bacarıqlarını digərləri ilə bölüşəcəklər.

Əlavə edək ki, proqram təşkilatçıları gənclər üçün sosial sahibkarlıq mövzusu əsasında əhatəli gündəlik hazırlayacaqlar. Hər bir ölkədən olan iştirakçı proqram tədbirləri vasitəsi ilə bir-birinin tarixi, dili və mədəniyyəti ilə tanış olacaq və qəbul edən ölkədəki həmkarları ilə ünsiyyət yaradacaq. İştirakçılar icma ehtiyaclarına xidmət edən layihələr həyata keçirməyə və öz ölkələrinə qayıtdıqdan sonra öyrəndiklərini digərləri ilə bölüşməyə həvəsləndiriləcəklər.

image

image
Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur