“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Cəlilabadda region gəncləri üçün insan alverinə dair yeni bir layihənin icrasına başlanıldı

2026-06-11

“Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi cari ilin 11 iyun tarixində Cəlilabad şəhərindəki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında İnsan alverinə qarşı mübarizə  maariflənmədən başlayır layihəsi ilə əlaqədar 28 nəfər gənc üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi (8000 manat) ilə yarım günlük təlim kursu təşkil etmişdir. Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə təşkil edilən təlim kursunda Cəlilabad rayonu üzrə 16-29 yaş arası 28 nəfər gənc olmaqla, 21 nəfər qız və 7 nəfər oğlanın iştirakı təmin olunmuşdur. İctimai birliyin heyətindən başqa təlim kursunda qonaq qismində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Vüqar Cavadov, təlimçi qismində Astara Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin psixoloqu Fərrux Əliyev, ekspert qismində isə Ombudsman Aparatının Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar. Təlim kursunda işçi heyətlə iştirakçılar arasında insan alverinə dair bir çox mövzular – “İİnsan alveri haqqında ümumi məlumat, İnsan alverinin başvermə səbəbləri və insan alverinə cəlbetmə yolları, İnsan alveri qurbanlarının ehtiyacları və problemləri, İnsan alverinə qarşı milli və beynəlxalq qanunvericilik, Azərbaycanda insan alverinə qarşı mübarizə, Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Milli Fəaliyyət Planı, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi və Qaynar xətt – 152, İnsan Alverinə qarşı Mübarizə üzrə Qeyri-Hökumət Təşkilatları Koalisiyası” müzakirə olunmuş və aidiyyəti mövzularla bağlı müxtəlif sosial çarxlar izlənilmişdir. Təlim zamanı müxtəlif interaktiv üsullardan, təqdimatlar, beyin həmləsi, fokus qrup müzakirələri, interaktiv qrup işləri, enercayzerlər, iştirakçılarla və mütəxəsislərlə qarşılıqlı fikir mübadiləsi kimi fərqli metodlardan geniş istifadə olunmuşdur. Təlimin sonunda bütün iştirakçılara müvafiq sertifikatlar təqdim edilmişdir. Sonda iştirakçılar və təşkilatçılar, eləcə də qonaqlar və ekspertlər layihə ilə bağlı öz fikirlərini bildirmiş və donora – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə yerli gənclər üçün belə bir aktual layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq etmişlər. Qeyd edək ki, 01 may – 31 iyul 2026-cı il tarixlərini əhatə edən 3 aylıq layihənin məqsədi insan alveri və insan alverinə qarşı mübarizə barədə gənclərin regional miqyasda maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etməkdən ibarətdir. Əlavə edək ki, növbəti təlim kursları Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə 18.06.2026-cı il tarixində Masallı, 25.06.2026-cı il tarixində Astara, 02.07.2026-cı il tarixində isə Lənkəran şəhərində təşkil olunacaqdır.

image
Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur