“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Lənkəranda “Regionlardan olan gənclər üçün liderlik məktəbi” layihəsinin mətbuat konfransı keçirildi

2012-12-13

13 dekabr tarixində MAGİYA ictimai birliyi Lənkəran şəhərindəki ofisində “Regionlardan olan gənclər üçün liderlik məktəbi” layihəsinin bitməsi ilə əlaqədar mətbuat konfransı təşkil etmişdir. Tədbirdə həmin layihənin məzunları da daxil olmaqla, 15 nəfərə yaxın KİV, hökumət, QHT və Gənclər təşkilatlarının nümayəndələri iştirak etmişdir. Tədbir zamanı təşkilatın nümayəndələri iştirakçılara “Regionlardan olan gənclər üçün liderlik məktəbi” layihəsi, onun uğurları və davamlı nəticələri barədə qısa məlumatlar vermişlər. Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yanında Gənclər Fondunun 4125 manatlıq maliyyə dəstəyi ilə həyata keçirilən layihənin müddəti 5 ay olmaqla, 01 avqust – 28 dekabr 2012-ci il tarixlərini əhatə etmişdir. Layihə çərçivəsində Lənkərandakı AB Qala otelində 20 nəfər gənc üçün liderlik mövzusunda 3 dəfə 2 günlük təlim kursları keçirilmişdir. Təlim kursunu uğurla bitirən iştirakçılara müvafiq sertifikatlar verilmişdir. Tədbir zamanı bəzi iştirakçılar layihə barədə müvafiq suallar vermiş və tədbirin sonunda qeyd etmişlər ki, gələcəkdə də, region gəncləri üçün bu cür maraqlı və faydalı layihələrin həyata keçirilməsi çox yaxşı olardı. Sonunda Azərbaycan Respublikasının regionlarından olan gənclərin liderlik bacarıqlarının artırılması istiqamətində göstərdiyi diqqət və dəstəyə görə hamı Gənclər və İdman Nazirliyinin yanında Gənclər Fonduna minnətdarlıq etdi.  

image
Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur